HAQQIMIZDA

“ArchiArt studio məhz sizin bütün istəklərinizi, zövqünüzü nəzərə alaraq ən yaxşı memarlıq və dizayn həllərini təqdim edir. Bu, əsassız iddia deyil. Professionallığımız və təcrübəmiz bizə sizin büdcənizə və qrafikinizə uyğun, gözləntilərinizi doğruldan innovasion ideyalı layihələr yaratmağa imkan verir.

Biz layihələrin hər birinə fərdi şəkildə yanaşır, onları yüksək zövq, fantaziya və  professionallıqla yaradırıq. Önəmli olan rahatlıqla gözəlliyin vəhdətini hiss etmək və reallaşdırmaqdır. Bu, bizdə alınır, çünki biz işimizi sevirik.

Biz 1996-ci ildən memarlıq, 1998-ci ildən dizayn sahəsində fəalliyyətə başlayaraq inşaat xidmətləri bazarında böyük təcrübə toplamış və çoxlu sayda layihələr həyata keçirmişik. Dövlət və komersiya strukturları, həmçinin fərdi şəxslərlə fəaliyyət zamanı onların etibarını qazanmışıq.

Biz sifarişçilərimizin sadiq partnyorlarıyıq.

Bizim komandamız geniş təcrübəsi olan peşəkar memarlardan, mühəndislərdən, dizaynerlərdən ibarətdir. Hansılar ki, yüksək keyfiyyət və zəmanətlə obyektlərin layihələndirilməsini həyata keçirirlər.

Dəyərlərimiz

Layihələndirmədə həyat üçün rahatlıqla gözəlliyin vəhdəti, innovasiyon ideyalar, yüksək keyfiyyət və işə məsuliyyətli yanaşma.

Missiyamız

Sizin həyatınızı memarlıq və dizayn vasitəsi ilə gözəlləşdirməkdir.

Biz kimik

Hər bir çətinlikdə və miqyasda işin öhdəsindən gələ biləcək yüksək səviyyəli mütəxəssislər komandası.


KOMANDAMIZ