İŞÇİ LAYİHƏLƏRİN HAZIRLANMASI

Binaların və obyektlərin bilavasitə tikintisinə qədər memarlıq işçi layihələrin hazırlanması həyata keçirilməlidir. Bu mərhələ işçi sənədləşməsi də daxil olmaqla layihənin son hazırlanma mərhələsidir. Əldə olunan nəticələrlə sifarişçi öz seçimi ilə tikinti şirkətinə müraciət edə və dərhal binanın tikintisinə başlaya bilər.

Memarlıq işçi layihələrinə daxildir

Tikinti prosesinin davamlı getməsi, o cümlədən quraşdırma montaj işləri üçün lazım olan bütün cizgilərin hazırlanması: mərtəbələrin planları, fasadlar, kəsiklər, mərtəbələrin  eksplikasiyası, detallar, düyünlər, obyekt haqqında qısa məlumat və ümumi texniki-iqtisadi göstəricilər, baş plan, relyefin təşkili planı.