LANDŞAFT DİZAYN

Landşaft dizaynı sizin bağ-park zonanızda sizə yüksək zövq və relaksasiya verə biləcək bitkilərin və kiçik memarlıq elementlərin harmoniyasından yaranmış yaşıl istirahət zonasının layihəsidir. Sahənin landşaft dizaynı sahədə yerləşdirilmiş binaların memarlıq xüsusiyyətləri ilə sıx bağlıdır. Bizim əsas məqsədimiz təbii iqlim, ekoloji, torpaq və estetik amilləri nəzərə almaqla sizin istəklərinizə və binanın memarlığına uyğun landşaft dizaynını təklif etməkdir.

Professionallıqla yaradılmış bağ-park zonası sizin mülkiyyətinizin dəyərini artırır və sizin həyatınızı gözəlləşdirir. Bizim mütəxəssislərin köməyi və məsləhətləri ilə siz gələcək bağ-park zonanızın yüksək səviyyədə alınacağına əmin ola bilərsiniz.

 

Landşaft dizaynı layihəsinə daxildir

  1. Landşaftın baş planının hazırlanması
  2. Landşaft dizaynının hazırlanması və 3D vizualizasiya
  3. Landşaft dizaynının işçi layihəsinin hazırlanması