MEMARLIQ-PLANLAŞDIRMA HƏLLİ

Memarlıq-planlaşdırma həlli: yüksəkmərtəbəli yaşayış binalarının, fərdi yaşayış evlərinin, biznes, səhiyyə, tədris və ticarət mərkəzlərinin, otellərin, çoxmərtəbəli avtodayanacaqların, teatrların, muzeylərin, idman və istirahət komplekslərinin, şadlıq saraylarının, restoranların, sənaye, turizm, əyləncə və digər təyinatlı obyektlərin layihələndirilməsi.

Memarlıq-planlaşdırma gələcək binanın ətraflı təsvir sənədlərinin tam paketinin yaradılması prosesidir. Nəzərə almaq lazımdır ki, düzgün hazırlanmış layihə tikintinin müvəffəqiyyətini və tikintiyə qoyulmuş maliyyənin rentabelliyini müəyyən edir. Və nəticədə gələcək binanın estetik gözəlliyi, funksional rahatlığı və rentabelliyi memarın  əqlindən, zövqündən, təcrübəsindən, peşəkarlığından və işə məsuliyyətli yanaşmasından asılı olacaq.

Bizim kollektivimiz geniş təcrübəsi olan peşəkar memarlardan, mühəndislərdən, dizaynerlərdən ibarətdir. Hansılar ki, yüksək keyfiyyət və zəmanətlə obyektlərin layihələndirilməsini yerinə yetirirlər.

Biz Azərbaycanda və həmçinin ölkədən xaricdə bütün tikinti norma və qaydalarına riayət etməklə binaların və tikintilərin layihələndirilməsini həyata keçiririk.

Memarlıq-planlaşdırma həllinə daxildir:

EKSTERYER DİZAYN VƏ 3D VİZUALİZASİYA

BİNALARIN REKONSTRUKSİYA LAYİHƏSİNİN HAZIRLANMASI

ESKİZ LAYİHƏLƏRİN HAZIRLANMASI

TİKİNTİNİN BİZNES PLANININ YARADILMASINDA YARDIM

İŞÇİ LAYİHƏLƏRİN HAZIRLANMASI