TİKİNTİNİN BİZNES PLANININ YARADILMASINDA YARDIM

Əgər siz çoxmərtəbəli yaşayış binası tikməyi düşünürsünüzsə sizin tikinti üçün torpaq sahəsini almaqdan öncə çoxmərtəbəlı yaşayış binalarının layihələndirilməsində böyük təcrübəyə malik bir memarın məsləhətinə ehtiyacınız var. Biz sizin almaq istədiyiniz torpaq sahəsini dəyərləndirib (çoxmərtəbəli binaların layihələndirilməsində 17 illik təcrübəmizə əsaslanaraq) sizə ərazinin mənfi və müsbət dəyərlərini, layihələndirilməsi və tikilməsi nəzərdə tutulan binanın (+/- 5% dəqiqliklə) tikinti sahəsini, mənzillərin satış sahəsini, həmçinin qeyri-yaşayış satış sahəsini hesabat şəklində təqdim edirik. Bu hesabata əsaslanaraq siz bu binanın tikintisinə çəkiləcək xərcləri və gəlirinizi hesablayıb torpaq sahəsini alıb-almamağa qərar verirsiniz.